Mutu yenə qovuldu - 3 ay çəkmədi

saytların hazırlanması

Evə çatdırılma

Mutu yenə qovuldu - 3 ay çəkmədi

İdman

18 Mart 2025 11:02 311


"Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu yenə istefaya göndərilib. Onun budəfəki fəaliyyəti heç 3 ay çəkməyib.

Yenisabah.az xəbər verir ki, Rumıniyanın “Petrolul” klubu 46 yaşlı mütəxəssislə yolları ayırdığını açıqlayıb. Onunla 2025/26 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Mutu 2024-cü ilin dekabrın 31-də “Petrolul”a baş məşqçi təyin edilmişdi. Geridə qalan müddət ərzində adıçəkilən komanda Rumıniya liqasında 9 oyun keçirmiş, 5 dəfə məğlub olmuş, 2 dəfə heç-heçə etmiş və cəmi 2 matçda qələbə qazanmışdı. Komanda hazırda 30 oyundan 40 xalla 9-cu yeri tutur. Dominos pizza

Mutu 2023/24 mövsümündə 5 ay “Neftçi”də işləyib. “Neftçi”dən sonra ÇFR-ə (Rumıniya) baş məşqçi təyin edillən Mutu həmin klubdan isə 2 ay 10 gün sonra istefaya göndərilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!