Müxalifət ölkəni idarə etmə gücündə deyil - CIA-nın hesabatı

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət ölkəni idarə etmə gücündə deyil - CIA-nın hesabatı

Dünya

06 Yanvar 2026 10:49 317


ABŞ kəşfiyyatı bu qənaətə gəlib ki, Nikolas Maduronun ən yaxın müttəfiqləri Venesuelada müvəqqəti hökumətə rəhbərlik etmək üçün daha uyğun şəxslərdir.

"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ - CIA) hesabatı ABŞ-nin Venesueladakı hərbi əməliyyatından həftələr əvvəl prezident Donald Trampa təqdim edilib. 

Təhlilçilər belə qənaətə gəliblər ki, 2024-cü il seçkilərinin faktiki qalibi hesab edilən müxalifət liderləri Edmundo Qonzales və Nobel mükafatı laureatı Maria Korina Maçado legitimliyi təmin və təhlükəsizlik qüvvələrinə nəzarət edə bilməyəcəklər. Dominos pizza

Kəşfiyyat hesabatı Trampın Maçadonu deyil, yanvarın 6-da Venesuelanın müvəqqəti prezidenti kimi and içmiş vitse-prezident Delsi Rodrigesi dəstəkləmək qərarına təsir edib.

Hesabatda Rodrigezin və daha 2 yüksək rütbəli məmurun ölkədə “asayişi qorumağa” qadir olduğu bildirilib. Daxili işlər naziri Diosdado Kabello və müdafiə naziri Vladimir Padrino Lopes də mümkün namizədlərdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!