“Müxalifət sülh danışıqlarında iştirak etmək istəyirsə...“ - Ovannisyan

saytların hazırlanması

Evə çatdırılma

“Müxalifət sülh danışıqlarında iştirak etmək istəyirsə...“ - Ovannisyan

Rəsmi

23 Mart 2023 12:05 1092


“Müxalifət danışıqlar prosesində iştirak təklifinə cavab verməyib”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistandakı hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib.

Deputat əmin edib ki, hakimiyyət bununla bağlı müxalifətə heç bir maneə yaratmayıb:  Dördpendirli pizza

“Həm Ermənistanın Baş naziri, həm də digər rəsmi şəxslər belə bir təklif irəli sürüb ki, müxalifət danışıqlar prosesinin nüansları və bu gün Ermənistan-Azərbaycan prosesində mövcud olan digər aspektlərlə tanış olsun. Lakin biz heç bir cavab almamışıq”.

A. Ovannisyan müxalifətin danışıqlarda iştirak etməkdən imtina etməsini məsuliyyətdən yayınma kmi qiymətləndirib. Onun sözlərinə görə, əgər bu gün də müxalifətin bəzi epizodlarla tanış olmaq istəyi və gözləntisi varsa, XİN-ə müraciət edə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!