Müxalifətçinin toyuna mane olmaq xəbəri ilə gündəmə gələn Saatlı rayonunun icra başçısı Siraqəddin Cabbarov prezidentin sərəncamı ilə vəzifəsindən azad olunaraq qonşu rayona – Sabirabada başçı göndərilib.
“Yeni Sabah” xəbər verir ki, S. Cabbarovla bağlı yerli əhalinin şikayətləri zaman-zaman mediada işıqlandırılıb.
Son qalmaqal isə onu bütün respublikaya tanındı. Olayın maraqlı oluduğunu nəzərə alaraq xatırladırıq ki, bir neçə ay əvvəl icra başçısı rayonda müxalifətçi qızının toyuna mane olmaq istəmişdi. Məlumata görə, o “Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın qardaşı, AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızının toyuna mane olmağa çalışıb. Şamil Hacıbəyli Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. Bundan xəbər tutan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun görtərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına mane olublar. pizza
İcra hakimiyyətindən şadlıq sarayı rəhbərliyinə bildirilib ki, əgər Şamil Hacıbəylinin qızının toyu o restoranda olacaqsa, oranı onun əlindən alacaqlar.
Bundan sonra Şamil Hacıbəyli qərar verib ki, toyu öz həyətində etsin. İcra hakimiyyəti bu dəfə daha da irəli gedib. Şamil Hacıbəylinin qızı ilə evlənən oğlanın atasını icra hakimiyətinə çağırtdırıblar və onu orada hədələyiblər. Ona bildiriblər ki, Şamil Hacıbəylinin qızı ilə oğlunun nikahını pozdursun. Əgər pozdurmasa, onun rayondakı dəmirçi sexini söküb, dağıdacaqlar. Buna baxmayaraq, toy Şamil Hacıbəylinin həyətində baş tutub.
Həmin vaxt Saatlı rayon icra hakimiyyəti başçısının etdiyi bu əməl insanlıq adına ləkə ilə yanaşı, ölkə rəhbərliyinə, təmsil etdiyi hakimiyyətə xəyanət kimi dəyərləndirilmişdi. Onun bu addımının media və sosial şəbəkələrlə yanaşı hökumət dairələrində də tənqid olunduğu bildirilirdi.
Məhz bundan sonra icra hakimiyyəti açıqlama verərək baş vermiş olayı təkzib etməyə çalışmışdı.
Telegram kanalımız