Müxalifətdən Paşinyanın seçki təklifinə sərt cavab

saytların hazırlanması

Evə çatdırılma

Müxalifətdən Paşinyanın seçki təklifinə sərt cavab

Rəsmi

26 Dekabr 2020 22:29 1053


Ermənistanın müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərlə bağlı məsləhətləşmə çağırışını qəbuledilməz sayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Saqatelyan Feysbuk səhifəsində yazıb:

“Bu variant qəbuledilməzdir. Bir yol var  - satqının hakimiyyətdən uzaqlaşdırılması. Bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı veriləcək”. pizza

O həmçinin əlavə edib ki, Paşinyan “boşluqlar axtarır” və xalq adı arxasında gizlənməyə çalışır, əslində isə insanları aldadır.

Xatırladaq ki, Nikol Paşinyan ötən gün 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün siyasi qüvvələri məsləhətələşməyə dəvət etmişdi. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!