Artıq bir neçə gündür ki, gündəmdə olan siyasi məsələlərdən biri də Azərbaycan müxalifət nümayəndələrinin ABŞ-ı ölkəmizə qarşı “Maqnitski aktı”na bənzər sanksiyaların tətbiqinə çağırmasıdır. Bu siyasi dairələrdə böyük təəccüblə qarşılanıb.
Təəccübün birincisi ondan ibarətdir ki, bu çağırış ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma erməni soyqrımını tanıması qərarını verdiyi anda səsləndi. Və bu çağırışı edən müxalifət nümayəndəsi nədənsə bu qondarma qərara heç bir etirazı dilə belə gətirmədi. Hətta bu, həmin toplantıda olan Türkiyə nümayəndələrini də heyrətə gətirdi. Türk diplomat Konqresin Nümayəndələr Palatasında qəbul olunan qərara etiraz olaraq keçirilən aksiyaya bir azərbaycanlı, türk olaraq Azərbaycanlı müxalifətçinin nə üçün qatılmaması haqda sual verərək onun əsl mahiyyətini üzə çıxardı. Bu, böyük bir dərs idi.
Məsələnin ikinci tərəfi isə odur ki, bir Azərbaycan vətəndaşının dünyanın supergücündən öz ölkəsinə, öz dövlətinə qarşı sanksiya qəbul etmək istəyi normal düşüncəli insanın qavraması üçün həqiqətən də zor bir işdir. Bu ona bənzəyir ki, hər hansı bir ailədə uşaq qonşunun qaydasız döyüş ustası olan kişisindən atasını döyməyi xahiş edir. Bu qədər absurd yəni... Sezar pizza
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov durumu şərh edərək “Bu dərəcədə xəyanət və riyakarlıq nümunəsinə, yəqin ki, Pavlik Morozov da qibtə edərdi” deyə qiymət verib.
O fikrini belə davam etdirib: “Əgər ictimai nəzarət bir tərəfdən cəmiyyətdə şəffaflığın, qanunçuluğun təmin olunması və hökumətin daha yaxşı işləməsi üçün zəruridirsə, digər tərəfdən də ölkənin əsas siyasi partiya institutlarının, onların başında dayanan şəxslərin fəaliyyətinin araşdırılması, anti-milli hərəkətlərinin sərt qınanması, belə xəyanətkarların siyasi səhnədən silinməsi üçün təsirli mexanizmlərin düşünülməsini zəruri edir. Cəmiyyət öz ambisiyalarını reallaşdırmaq üçün hər cür antimilli aktlara qoşulan, hətta Dağlıq Qarabağ kimi ümummilli problemin həllində belə üzdə “ura patriotluq” edən, arxada isə əks fəaliyyət göstərənlərə qarşı qəti mövqe nümayiş etdirməlidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda əsas maneənin beynəlxalq birliyin susqunluğu ilə yanaşı, həm də bu tipli antimilli ünsürlərin düşmənlərimizin mövqeyini gücləndirən xəyanəti olduğunu başa düşməyin zamanı çatıbdır”.
Hələ bu, hər kəsin gözünün önündə baş verənlərdir. Pərdə arxasında hansı oyunların getdiyini düşündükdə heyrət etməmək mümkün deyil.
Təbii ki, ölkə daxilində bütün cəhdlər boşa çıxdıqdan sonra müxalif emissarların xaricdən dəstək almaq üçün bütün vasitələrə əl atacağı gözlənilən idi. 19 oktyabrda məhz xaricin təşkilatçılığı ilə aksiya keçirmək cəhdi, nəbz yoxlamaq, həmin aksiyanın vətəndaşlar tərəfindən boykotu onları taktika dəyişməyə vadar edir. 2 noyabra təyin olunmuş qanunsuz aksiyanın ləğv olunması da bunun işartılarından idi.
Sırada nə var? Bunu da görəcəyik. İndiki halda isə onların xarici ölkəni öz ölkəsinə qarşı addım atmasına nail olmaq üçün qapılar döydüklərinin şahidiyik. Bunu xalq da görür və təbii ki, lazım olan nəticələri çıxarır...
Cahid
Telegram kanalımız