Xəbər verdiyimiz kimi, Milli Şura noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv etdi.
Öncədən də belə bir qərarın veriləcəyi gözlənilən idi və hətta mitinq təxirə salınmasa belə, onun baş tutacağı ehtimalı yox idi. Birinci səbəb ondan ibarətdir ki, 19 oktyabr aksiyasının ehtimal olunan nəticələrinin müxalifət üçün sıfıra yaxın olduğu mitinq təşkilatçılarına da aydın oldu. Nəinki nəticə olmadı, böyük itkilər hesabına başa gəldi. Aksiyada həbss olunan AXCP sədri Əli Kərimli polis tərəfindən saxlanıldıqdan bir neçə saat sonra azad edilsə də, onun tərəfdaşlarının bir hissəsi hələ də “içəridədir”.
Bundan başqa Milli Şuranın üzvü olan Gültəkin Hacıbəylinin Amerikalı diplomatla danışığı, ona hesabat verməsi sadə cəbhəçilərdə də bu şounun xaricdən idarə olunması haqda şübhələri qətiləşdirdi. pizza
İkinci səbəb ondan ibarətdir ki, Ə. Kərimliyə hakimiyyət daxilindən dəstək verən və bununla Prezident İlham Əliyevə təzyiq göstərməyə çalışan qruplar da artıq əvvəlki gücdə deyilllər. Onlar qismən də olsa zərərsizləşdiriliblər.
Yəni Əli Kərimli artıq qanunsuz aksiya ilə bağlı ona heç bir yerdən dəstəyin olmadığını anladı. Əslində, bunu ona hazırda ABŞ-da olan Milli Şuranın sədri Cəmil Həsənli izah etdi.
Bu qeyd etdiklərimiz mitinq-mitinq oyununun kənardan görünən hissəsidir.
Bəs başqa hansı ehtimallar var və bu prosesin həqiqətən də oyun olduğunu göstərən hansı nüanslar var? Cəmil Həsənli bu oyunda hansı rolu oynayır? Əli Kərimlini idarə edənlər hədəfmi dəyişdirdilər?
Xatırladaq ki, icazəsiz aksiyanın təxirə salınması ilə bağlı ilk təklif Cəmil Həsənlidən gəldi. O, video müraciətində bu aksiyada təxribat ola biləcəyini qeyd etdi. Ardınca müxalifətin bir sıra funksionerləri gözlənilmədən bu təklifi dəstəklədilər. Bundan az sonra isə Əli Kərimli də sosial şəbəkədə canlı yayıma çıxaraq mitinqin təxirə salındığını elan etdi.
Cəmi bir gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın Lökbatanda keçirilməsi ilə bağlı qərarını yıxıb-sürüyən, istənilən halda şəhərin mərkəzində aksiya keçiriləcəyi haqda alovlu nitq söyləyən Əli Kərimlinin cəmi 24 saat sonra öz qərarını dəyşməsi bunun bir ssenari olması haqda şübhələrə yer qoymur.
Əgər, aksiyada təxribat ehtimalları ola biləcəyi üçün bu aksiyanı təxirə saldığını söyləyirlərsə, o zaman MŞ rəhbərliyi bu “arqumentində” heç səmimi deyil. Çünki 19 oktyabr aksiyasından öncə təxribat ehtimalları ilə bağlı sosial şəbəkələrdə yayılan fikirlər daha çox idi. Hətta bununla bağlı rəsmi qurumlar da xəbərdarrlıq edərək bu təxribatlara görə məsuliyyəti mitinq təşkilatçılarının daşıdığını bildirmişdilər. Əcəba, o zaman Əli Kərimli aksiyanı niyə təxirə salmadı?
Prosesdə açar rolunu oynayanlardan biri Cəmil Həsənlidir. 2005-ci ildə deputat mandatından imtina etməmək üçün AXCP-dən istefa verib Milli Məclisdə əyləşən Cəmil Həsənlinin Milli Şuradakı ulduzu Rüstəm İbrahimbəyovun prezidentlik iddiasından sonra parlamağa başladı.
Həmin vaxta qədər isə professor deputat və ya müxalif siyasətçi kimi deyil, Azərbaycanda korrupsiya faktına görə həbs olunan ilk yüksək vəzifəli şəxsin – Fərhad Əliyevin müdafiəçisi kimi gündəmdə idi. O, korrupsioner nazirlə bağlı Müdafiə Komitəsi də yaradaraq ona rəhbərlik edirdi. Əslində, Fərhad Əliyev həbs edilməzdən əvvəl də, ölkənin ən populyar naziri olduğu zamanda da C. Həsənli onun müdafiəçisi idi. O zaman Əli Kərimlinin nəzarətində olan media qurumlarında F. Əliyevə toz qonmağa belə imkan verilmirdi. Təbii ki, bunlar da korrupsiya yolu ilə əldə olunmuş pulların AXCP rəhbərliyinə ötürülməsi hesabına baş verirdi. Sonrakı proseslər isə hər kəsin gözü qarşısında olub.
İndi sual meydana çıxır. Azərbaycanda korrupsiya ilə bağlı həbs olunan bir şəxsi, ölkədə monopoliyanın yaradıcısı olan keçmiş naziri müdafiə edən bu “siyasətçilər” hər çıxışlarında korrupsiyaya qarşı olduqlarına təkrarlamaqla kimi aldatmağa çalışırlar? Nə üçün mitiq qərarı C. Həsənlinin Amerikaya səfərindən sonra verildi? Doğrudanmı bu çağırışı Cəmil Həsənli özbaşına etdi? Və doğurdanmı ki, Əli Kərimli ictimai rəyi nəzzərə alaraq aksiya qərarını dəyişdi? Suallar oxucuların düşünməsi üçündür.
Şou isə davam edir...
Cahid
Telegram kanalımız