“Mxitariyan Bakıya getməyə qorxursa, özünə bez alsın” –  Əfsanəvi futbolçu

“Mxitariyan Bakıya getməyə qorxursa, özünə bez alsın” – Əfsanəvi futbolçu

İdman Veb saytların hazırlanması

29 May 2019 10:31 926


"Çelsi" ilə "Arsenal" arasında maraqlı oyun olacağına əminəm. Fikrimcə, indiki vəziyyətdə "Çelsi" üstündür. Məncə, "Çelsi" qalib gələcək. Ancaq bu, futboldur və hər an hər şey baş verə bilər”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Rusiyanın əfsanəvi futbolçusu Andrey Kançelskis ölkəsinin mətbuatına açıqlamasında deyib. Təcrübəli mütəxəssis Mxitariyanın Azərbaycana gəlməməsinə də münasibət bildirib:

“Mxitaryanın Bakıya yollanmaqdan imtina etməsini isə başa düşə bilmirəm. Kimdən qorxursan? Sən futbolçusan, getməli və oynamalısan. Bu klounluqdur, gülməlidir. Siyasi məsələdən sənə nə? Azərbaycanla Ermənistan arasındakı münasibətlər necə olursa-olsun, getmək və oynamaq lazımdı. Orda heç kim barmağına da toxunmayacaq. Əgər Mxitaryan çox qorxubsa, özünə uşaq bezi alsın. Qorxursansa, qorxaq olduğunu etiraf et”. 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!