Nadir avtomobil satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Nadir avtomobil satışa çıxarıldı

Maraqlı

03 Yanvar 2022 20:55 1226


Ən nadir BMW E30 3 Series kupelərindən biri olan Alpina B6 2.7 kupesi eBay-da satışa çıxarılıb.

Yenisabah.az "Motor"a istinadla xəbər verir ki, cəmi 67 belə avtomobil istehsal edilib və bu avtomobil ardıcıl olaraq 39-dur. 65 min avroluq ikiqapılının yürüşü 170 min kilometrdir.

1986-cı ildə avtomobil Yaponiyaya yeni halda satılıb, lakin bir müddət sonra o, Almaniyaya qaytarılıb. Satıcının dediyinə görə, kupe ideal vəziyyətdədir: kuzovda pas izi yoxdur, mühərrik təmirə ehtiyac duymur, salon əla görünür. Pepperoni pizza

Kupe 2,7 litrlik 210 at gücünə malik mühərriklə təchiz edilir. Avtomobil saatda 225 kilometr sürət yığa bilir.

Maşına görə 65 min avro almaq istəyirlər. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə "Sotheby's" hərracında onlar 40 BMW Alpina B6 2,7 kupesini 52,2 min dollara satıblar. Avtomobilin yürüşü 35 min kilometrdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!