Nadir Qafarzadə təndiq etdiyi Vəfa Şərifovanı paylaşdı, sonra sildi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə təndiq etdiyi Vəfa Şərifovanı paylaşdı, sonra sildi - VİDEO

Şou

02 İyun 2025 17:14 355


Müğənni Nadir Qafarzadə bir müddət əvvəl tənqid etdiyi həmkarı Vəfa Şərifova ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, ifaçı toylardan birində onunla birgə səhnə aldığını və səsini bəyəndiyini deyib:

"Ötən gün Xaldanda bir toyda Vəfa Şərifova da iştirak edirdi. Vəfanın orada oxumasına şahid oldum. Və dedim ki, niyə də olmasın? Yaxşı ifadırsa, canlı oxuyursa, buna dəstək olmaq lazımdır. Dünən pis nəyinsə şahidi olmadım". Sezar pizza

N.Qafarzadə V.Şərifova ilə toyda oxuduğu anları da sosial media hesabında yayımlayıb. Lakin o, daha sonra paylaşımlarını silib.

Qeyd edək ki, bir müddət əvvəl müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında "Cənnətimsən" mahnısı üstündə qalmaqal yaşanmışdı. Qafarzadə buna münasibət bildirərək ifaçıların oxuduğu mahnını Azərbaycan musiqisi üçün utancverici adlandırmışdı./Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!