Nail Kəmərlinin iddiası: Şalfey doğrudan da narkotik bitkidir?

saytların hazırlanması

Evə çatdırılma

Nail Kəmərlinin iddiası: Şalfey doğrudan da narkotik bitkidir?

Sosial

22 İyul 2026 13:28 849


Narkomaniya ilə mübarizə üzrə oxtisaslaşmış bloqçu Nail Kəmərlinin şalfey bitkisi ilə bağlı paylaşımına irad tutanlar var.

“Şalfey uzun illərdir xalq təbabətində, o cümlədən diş ağrısı və digər sağlamlıq problemləri zamanı istifadə olunur və bu bitki əsla narkotik təsir göstərmir.

Bunu “Yeni Sabah”a psixoterapevt Ramin Allahverdiyev bildirib. pizza hut

Onun sözlərinə görə, videoda bəhs olunan təhlükə şalfeydən deyil, bitkiyə əlavə edilən psixoaktiv maddələrdən qaynaqlanır:

“Morfin kimi opioid tərkibli maddələr əlavə edildikdə ciddi sağlamlıq fəsadları yarana bilər. Həmin maddələr yuxululuq, şüurun ləngiməsi, qavrama pozuntuları yaradır, uzunmüddətli istifadədən sonra isə abstinensiya, yəni çəkilmə sindromuna səbəb olur”.

Ramin Allahverdiyev qeyd edib ki, bəzi ölkələrdə qadağan edilən “Salvia divinorum” adlı bitki adi şalfeydən fərqlənir:

“Həmin növün tərkibində eyforiya və hallüsinasiya yaradan psixoaktiv maddələr mövcuddur. “Salvia divinorum” şalfeyin xüsusi bir növüdür. Bir çox ölkədə satışı və daşınması qadağandır. Lakin Azərbaycanda demək olar ki, rast gəlinmir. Bizim ölkədə istifadə olunan adi şalfeydir və onun bu cür təsiri yoxdur”.

Mütəxəssis bildirib ki, cəmiyyətdə diqqət bitkinin adına deyil, ona qanunsuz şəkildə əlavə edilən maddələrə yönəlməlidir:

“Əsas məsələ hansı bitkinin istifadə olunması deyil, onun tərkibinə hansı psixoaktiv maddələrin qatılmasıdır. Bu, morfin opioidlər qrupuna aid maddədir və Azərbaycan qanunvericiliyinə əsasən onun qanunsuz satışı və daşınması qadağandır".

Psixoloq valideynlərə də çağırış edərək bildirib ki, övladlarının istifadə etdiyi maddələrə diqqət yetirməli, şübhəli hallarla qarşılaşdıqda vaxtında mütəxəssislərə və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.  Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!