İtaliyada jurnalist amansızcasına qətlə yetirilərək cəsədi yandırıldı

saytların hazırlanması

Evə çatdırılma

İtaliyada jurnalist amansızcasına qətlə yetirilərək cəsədi yandırıldı

Dünya

22 İyul 2026 22:50 131


İtaliyada idman jurnalisti Luka Espozito amansızlıqla qətlə yetirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Rai News" telekanalı məlumat yayıb.

Jurnalistin meyiti Salerno əyalətinin Eboli bələdiyyəsində yerləşən kənd təsərrüfatı sahəsində aşkarlanıb. Məlumata görə, o, əvvəlcə döyülərək qətlə yetirilib, daha sonra isə cəsədi yandırılıb. Şəxsiyyəti isə yaxınlıqda saxlanılan, Espozitonun adına qeydiyyatda olan avtomobil sayəsində müəyyən edilib. Sezar pizza

Hazırda polis faktla bağlı araşdırma aparır. Cinayətin motivi və şübhəli şəxslərin kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, 53 yaşlı Luka Espozito futbol xəbərlərini işıqlandırırdı və "TuttoSalernitana.com" idman saytının redaktoru idi./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!