ABŞ İranın Larak adasına raket zərbəsi endirdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İranın Larak adasına raket zərbəsi endirdi

Dünya

22 İyul 2026 18:51 140


ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı yaxınlığında yerləşən Larak adasına raket zərbəsi endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İranın aidiyyəti qurumları ABŞ-nin hansı obyekti hədəfə aldığını və zərbənin vurduğu mümkün ziyanın miqyasını müəyyənləşdirirlər. Eyni zamanda, agentlik ABŞ raketinin qonşu Qeşm adasındakı körpülərdən birinə düşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. pizza sifarişi

Xatırladaq ki, bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı "Şahzadə Həsən" və "Kral Feysəl" aviabazalarına endirilən zərbələrlə bağlı məlumat yaymışdı. SEPAH bəyan etmişdi ki, ABŞ hərbçilərinin "F-15" qırıcılarını, pilotsuz uçuş aparatlarını və helikopterləri döyüş tapşırıqlarına hazırladıqları anqarlar hədəfə alınıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!