Oğuzhan Uğurla bağlı yeni iddia: 2017-ci ildə oğurluq araşdırması aparılıb

saytların hazırlanması

Evə çatdırılma

Oğuzhan Uğurla bağlı yeni iddia: 2017-ci ildə oğurluq araşdırması aparılıb

Dünya

22 İyul 2026 21:29 146


AHBAP Fondu ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan "Babala TV"nin yaradıcısı Oğuzhan Uğurun 2017-ci ilə aid hüquqi qeydlərində oğurluq ittihamı üzrə araşdırmanın yer aldığı məlum olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Məlumata görə, İstanbul məhkəmə informasiya sistemi (UYAP) qeydlərində Oğuzhan Uğur barəsində "üstündə və ya əlində daşınan əşyanın xüsusi üsulla götürülməsi yolu ilə oğurluq" maddəsi üzrə araşdırma aparıldığı göstərilir. pizza

Bildirilir ki, həmin araşdırma Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılıb. Sonradan iş üzrə cinayət təqibinə xitam verilməsi (takipsizlik) barədə qərar qəbul olunub. Nəticədə iş məhkəməyə göndərilməyib və cinayət təqibi davam etdirilməyib.

Xatırladaq ki, Oğuzhan Uğur AHBAP Fondu ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib. Ona zəlzələ dövründə etdiyi paylaşımlar və şirkətin hesabı üzrə maliyyə əməliyyatları ilə əlaqədar "xidməti etibardan sui-istifadə" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" ittihamları irəli sürülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!