Zelenski: Ukraynanın uğurları Putinin ətrafında zəhərli atmosfer yaradıb

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: Ukraynanın uğurları Putinin ətrafında zəhərli atmosfer yaradıb

Dünya

23 İyul 2026 00:20 104


Ukraynanın Rusiyaya qarşı uğurlu hücumları Putin ətrafında zəhərli bir atmosfer yaradıb. Bunu onun yaxın ətrafı da etiraf edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Facebook"dakı axşam video müraciətində bildirib.

Zelenski qeyd edib ki, hazırda Kremlin başçısı ətrafında yeni, çox xoşagəlməz bir atmosfer yaranıb. Dördpendirli pizza

"Əlbəttə ki, cəbhədəki vəziyyət, uzun və orta mənzilli zərbələrimizlə bağlı vəziyyət Putin ətrafında yeni - çox zəhərli bir atmosfer yaradır ", - deyə prezident bildirib.

Zelenski əmindir ki, müharibənin başlamasının və bitməməsinin tək səbəbkarı Putindir: "Rusların itkilərin səbəbkarı yalnız Putindir. Putinin ətrafı bunu başa düşür. Rusiya cəmiyyəti bunu getdikcə daha çox hiss etməyə başlayır. Ukrayna müharibənin ləyaqətli şəkildə başa çatmasını təmin etmək üçün hər şeyi edir”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!