Namizəd Səfərov dələduzluqda ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Namizəd Səfərov dələduzluqda ittiham olunur

Siyasət

10 Dekabr 2025 11:25 479


Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib. pizza

Qeyd olunan dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb və Namizəd Səfərov şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!