Nardaran sakinində narkotik və tüfəng aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Nardaran sakinində narkotik və tüfəng aşkarlandı

Kriminal

04 İyun 2019 13:27 1195


Nardaran sakinindən narkotik vasitələr, ov tüfəngi və 5 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Muradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 745 qram marixuana, habelə lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!