İrlandiyalı narkotacir kripto pul satışı ilə məşğul olan internet saytındakı hesablarının kodunu itirib. Beləliklə də, onun 55 milyon avroluq (təxminən, 101 milyon manat) sərvəti nə özünə, nə də dövlətə qismət ola bilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Irısh Times" nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, Cinayət Aktivləri Bürosu həmin şəxsə məxsus 12 onlayn hesabı və internetlə idarə olunan "pulqabı" hesablarını ələ keçirib.
Əslən Dublin şəhərindən olan 49 yaşlı Klifton Kollins bitkoinləri 2011 və 2012-ci illərdə narkotik tərkibli bitki olan marixuana toxumlarını almaq üçün toplayıb. Kripto pulların dəyər itirdiyi zaman gələcəyə yatırım üçün xeyli sayda bitkoin satın alan K.Kollinsin onlayn sərvəti hazırda 55 milyon avro dəyərində hesablanır.
O, kripto pulların bir hissəsi ilə özünə tək kabinəli vertolyot alıb və narkotik maddələrin daşınmasında da həmin vertolyotdan istifadə edib.
K.Kollinsin hesabında 2017-ci ilin əvvəlində 6 mindən çox kripto pul olub, lakin onlayn hesablar üçün təyin etdiyi və asan əldə olunan şifrələr sayəsində Cinayət Aktivləri Bürosu həmin hesabları izləyə bilib.
O, oğurlanacağından qorxduğu üçün eyni sistemdə 12 fərqli hesab açıb və həmin hesabların kodlarını "A4" vərəqə yazaraq tilovun içinə yerləşdirərək gizlədib.
2017-ci ilin sonlarında polisin həbs etdiyi Kollinsin evi əşyaları ilə birlikdə satışa çıxarılıb. Evdəki digər tullantılar isə yandırılması üçün Çin və Almaniyaya göndərilib. Sözügedən hesabların kodları da həmin vaxt məhv edilib. Hökumət 55 milyon avroluq hesabları müsadirə edilmiş kimi təqdm etsə də, kod itdiyi üçün hesablara daxil olmaq mümkün deyil.
Kamil
Telegram kanalımız