Narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

Kriminal

24 İyul 2025 11:18 452


Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Mersedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Aydın Şixverdiyev yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Dominos pizza

Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Məhkəmənin qərarı ilə A.Şixverdiyev inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!