Natamam iş günü üçün maaş bu halda tam ödəniləcək

saytların hazırlanması

Evə çatdırılma

Natamam iş günü üçün maaş bu halda tam ödəniləcək

Sosial

17 Yanvar 2026 12:35 991


Qanunvericilikdə natamam iş vaxtı anlayışı təkmilləşdirilib.

"Yeni Sabah" Trend-ə istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. pizza sifarişi

Qanuna əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməli olacaq.

Mövcud qanunvericiliyə görə, Əmək Məcəlləsində nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.

Qanuna əsasən, həmin işçilərə əmək haqqı eləcə də tərəflərin razılığı ilə tam məbləğdə ödəniləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!