NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan və Azərbaycana səfər edəcək.
Yenisabah.az "eadaily.com"a istinadla xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Brüsseldəki qərargahı məlumat yayaıb.
Səfər bu həftə baş tutacaq. Bu, regional xarakter daşıyacaq. Səfər iki ölkənin rəsmiləri ilə sistematik siyasi məsləhətləşmələrin bir hissəsidir. Xüsusi nümayəndə yüksək səviyyəli rəsmilərlə regionda təhlükəsizlik sahəsində baş verən hadisələr və NATO-nun bu ölkələrlə tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq”, - deyə məlumatda qeyd olunur. pizza
Səfərin dəqiq tarixi açıqlanmır.
Telegram kanalımız