Naxçıvan deputatlarının da köməkçiləri olacaq

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan deputatlarının da köməkçiləri olacaq

Siyasət

18 Fevral 2026 15:59 363


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola biləcək. Deputatın köməkçiləri Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq. Pepperoni pizza

Layihədə qeyd edilib ki, deputatın köməkçisinin işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.

Layihə Ali Məclisdə müzakirə edildikdən sonra birinci oxunuşda qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!