Naxçıvan Qarnizonu Qoşunlarında komandir müavinləri ilə toplantı keçirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Qarnizonu Qoşunlarında komandir müavinləri ilə toplantı keçirildi - Video

Rəsmi

15 Fevral 2021 21:01 896


Naxçıvan Qarnizonu Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib. Toplantı zamanı əsas diqqət ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərini öyrənmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, müxtəlif qurumların nümayəndələrinin də iştirak etdiyi nəzəri dərslərdə hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Milli-mənəvi və dini dəyərlərin yad təsirlərdən qorunması”, “Mədəniyyət müəssisələri ilə qarşılıqlı əlaqədə mədəni-kütləvi tədbirlərin keçirilməsi”, “Hərbi kollektivi idarəetmə psixologiyası”, informasiya təhlükəsizliyindən “Müasir müharibələrdə informasiya qarşıdurması”, eləcə də digər mövzularda mühazirələr oxunub.

3 günlük toplantının sonuncu günündə 44 günlük Vətən müharibəsi zamanı kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin fəaliyyətindən, düşmənin ifşa edilmiş dezinformasiyalarının təhlilindən bəhs edən sənədli filmlər nümayiş etdirilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!