Naxçıvanda Ali Məclis ləğv olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda Ali Məclis ləğv olunacaq?

Siyasət

27 Dekabr 2022 12:03 1404


“Naxçıvan Muxtar Respublikasında Ali Məclis öz yerində qalır. Ali Məclis qanunvericilik aktları qəbul edəcək, müzakirələr olacaq”.

 “Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.

F. Nəcəfli Ali Məclisin əvvəlki fəaliyyətinə münasibət bildirərək deyib: Dominos pizza

“Çox təəssüf ki, Azərbaycan Respublikasının qanunvericilyi içərisində Naxçıvan Muxtar Respublikasında qəbul edilmiş qanun aktlarıyla bağlı bir nöqsanlar var ki, bu nöqsanlar da yerində işləmə mexanizmini düzgün tənzimləmir. 

Bu kimi məsələlərə isə əlbəttə ki, Ali Məclis baxacaq. Bu, onların səlahiyyətidir və nümayəndəlik ofisinin əhatəsində olmayan məsələlərdir. Məclis qanun aktlarıyla bu məsələləri tənzimləyəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!