Naxçıvanda avtomobil yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda avtomobil yandı - Video

Hadisə

29 İyul 2023 14:22 1298


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Qaraağac kəndi ərazisində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Volqa” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib. Sezar pizza

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar yanıb, avtomobil yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!