Naxçıvanda bu tenderlər də ləğv edildi - SƏBƏBLƏR

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda bu tenderlər də ləğv edildi - SƏBƏBLƏR

İqtisadiyyat

10 Fevral 2025 09:06 297


Naxçıvan MR Dövlət Energetika Xidmətinin 110/35/10 kV Çeşməbasar yarımstansiyası üçün iki ədəd 16 MVA transformatorun və Naxçıvan MR Mədəniyyət Nazirliyinin Heydər Əliyev Muzeyi üçün havalandırma, isitmə və soyutma sistemlərinin alınması və quraşdırılması ilə əlaqədar elan etdikləri tenderlər ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, birincinin ləğvedilmə səbəbi satınalmanın maliyyələşdirilməsinin dayandırılması, ikincinin ləğvedilmə səbəbi isə təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmamasıdır. Dominos pizza

Tenderin toplam dəyəri 2 165 126 AZN olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!