Naxçıvanda bu vəzifəli şəxslər işdən çıxarıldı - Yeni təyinatlar 

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda bu vəzifəli şəxslər işdən çıxarıldı - Yeni təyinatlar 

Maraqlı

27 İyul 2023 17:04 991


Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi Səyahət İmanov işdən azad olunub. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı sərəncam imzalanıb. 

Artıq bu vəzifəyə yeni təyinat da var. Belə ki, Zəka Seyidov Naxçıvan Yaşıllaşdırma Xidmətinin rəisi təyin edilib.  Marqarita pizza

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarına əsasən, Naxçıvan Yaşıllaşdırma Xidməti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. 

Həmçinin Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi də vəzifəsindən azad olunub. Bununla bağlı müvafiq sərəncam verilib. Sərəncama əsasən, Sanitar-Təmizlik İdarəsinin rəisi İlham Rüstəmli işdən çıxarılıb. 

Artıq onun yerinə təyinat da olunub. 

Belə ki, Arzu Qurbanov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!