Naxçıvanda daha bir problem aradan qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda daha bir problem aradan qaldırıldı

Rəsmi

11 Yanvar 2023 20:05 1187


Naxçıvanda terminallarda elektrik enerjisinin istehlakına görə ödənişlərin edilməsi bərpa olunub.

Yenisabah.az xəbər verir ki, Naxçıvanda ödəniş terminallarından digər ödənişləri həyata keçirmək mümkün olsa da, smart kart tipli sayğaclar üçün elektrik və təbii qaz yükləmək mümkün olmurdu.

Bu isə abunəçilər üçün çətinliklər yaradırdı. Məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemlərin aradan qaldırılmasına başlayıblar. pizza

Artıq Naxçıvan şəhərindəki ödəniş terminalları vasitəsilə öncədən ödənişli elektrik kartlarını yükləmək mümkündür. Lakin mavi yanacağa görə ödənişlər hələ də mümkün deyil.

Məsələ ilə bağlı “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, energetika xidmətinə aid ödənişlər termiallara yenidən inteqrasiya olub, təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı isə işlər davam edir. Bildirilib ki, məsələ qısa zamanda öz həllini tapacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!