Naxçıvanda dəhşət: Avtomobil 4 nəfəri vurdu

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda dəhşət: Avtomobil 4 nəfəri vurdu

Hadisə

14 May 2025 10:27 365


Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, insident şəhərin Azadlıq küçəsində qeydə alınıb.

Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil yolu keçmək istəyən piyadalar — 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzəri vurub. pizza mizza

Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Onlardan Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!