Naxçıvanda dəhşətli qəza: Vəzifəli şəxs öldü

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda dəhşətli qəza: Vəzifəli şəxs öldü

Hadisə

29 İyun 2025 14:21 918


Naxçıvanda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.

O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Xanım Müşviq qızı Məmmədova və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü Yaməddin Şəmsəddin oğlu İsayev xəsarət alıblar, vəziyyətləri ağırdır. Dördpendirli pizza

Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Emin Rza oğlu Məmmədov və 1974-cü il təvəllüdlü Davud Yaqub oğlu Məmmədzadə həlak olublar.

Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddırlar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!