Bu gün Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Mərkəzin həkim-infeksionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, daxil olarkən pasiyentlərin əksəriyyətinin vəziyyəti orta-ağır, ikisinin isə daha ağır olub: pizza mizza
"Digər 9 nəfər azyaşlıdır. Aparılan simptomatik yardımlar və dinamik müşahidə sonrası həmin şəxslər tam klinik sağalma ilə evə buraxılıb. Onlardan üçü ayrı ailə üzvləri, 5 nəfər bir, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olublar. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu ehtimal edilir".
Telegram kanalımız