“İslahatlar idarəetməni əhatə etməlidir. Bu, istər Azərbaycanda olsun, istərsə də Naxçıvan Muxtar Respublikasında”.
Bu sözləri “Yeni Sabah”a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son vaxtlar aparılan kadr və struktur dəyişikliklərinin Naxçıvan Muxtar Respublikasından yan keçməsinə münasibət bildirərkən deyib.
ADP sədri əlavə edib ki, Naxçıvadan bu proses çoxdan baş verib. “Orada hələ bir neçə il əvvəl daxili işlər və milli təhlükəsizlik nazirləri, həmçinin bir neçə məmur əvəzlənib. Digər tərəfdən Naxçıvanda durum fərqlidir. Nəzərə almaq lazımdır ki, Naxçıvan muxtar dövlətdir. Orada xalq Ali Məclisi seçir və geniş səlahiyyətlərə malik Məclis sədri Muxtar Respublikanı idarə edir. Prezident hər dəfə ora kimisə təyin etmir”, - deyə Sərdar Cəlaloğlu bildirib. Toyuqlu pizza
ADP sədrinin sözlərinə görə, ümumiyyətlə hazırki prosesi islahat adlandırmağa tələsmək lazım deyil: “Doğrudur, bəzi nazirliklərin birləşdirilməsini struktur islahatı adlandırmaq olar. Amma kadr əvəzləmələrini islahat adlandırmağa tələsmək lazım deyil. Əvvəla, bu dəyişikliklərdə yeni kadrlar, yeni təfəkkürlü insanlara yer verilməyib. Köhnə kadrların yeri dəyişdirilib. Onların yeni vəzifələrində necə işləyəcəkləri bəlli deyil.
Ona görə də islahat deyib tələsməyək. Çünki sabah köhnə qaydada fəaliyyət davam edərsə, o zaman islahatlar haqqında cəmiyyətdə yenidən mənfi rəy formalaşacaq”.
Sərdar Cəlaloğluna görə, həm Azərbaycanda, həm də Naxçıvan Muxtar Respublikasında idarəetmə dəyişməlidir: “Bu baş verərsə, islahatdan danışmaq olar. Bu gün Azərbaycanda idarəetmə şəxsi sədaqət prinsiplərinə əsasən həyata keçirilir ki, bu da pis idarəetmədir. Bu idarəetmə dəyişməlidir”.
Telegram kanalımız