Naxçıvanda nə baş verir? - Yanacaq qıtlığı yarana bilər + Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda nə baş verir? - Yanacaq qıtlığı yarana bilər + Video

Hadisə

19 Mart 2023 17:05 4985


Naxçıvanda yanacaq qıtlığı yarana bilər.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina edirlər.

Bu gün naxçıvanlı TIR sürücüləri yenidən Naxçıvan şəhər TIR parkında aksiya keçiriblər. Onlar İran gömrüyünün əməkdaşlarının son iki ayda hər dəfə sərhədi keçərkən rüşvət tələb etməsinə etiraz olaraq artıq səfərə çıxmayacaqlarını bildiriblər. pizza hut

Sürücülər qeyd edib ki, artıq mart ayının 8-dən sonra heç bir TIR Bakıya getməyib və oradan da bura heç bir TIR gəlməyib. Belə olacağı təqdirdə, sürücülər məsələ həll olunanadək səfərə çıxmayacaqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!