Naxçıvanda təmizlik işçilərindən ETİRAZ: Maaşları niyə azaldılıb? - Video

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda təmizlik işçilərindən ETİRAZ: Maaşları niyə azaldılıb? - Video

Sosial

01 Aprel 2024 23:33 1100


Naxçıvanda Sanitar Təmizlik İdarəsinin işçiləri etiraza qalxıblar. Səbəb işçilərə heç bir xəbərdarlıq edilmədən, əsas göstərilmədən maaşlarının aşağı salınmasıdır.

Bununla bağlı etdikləri müraciətlərə isə hələ də cavab ala bilməyiblər.

“Bizə üç qəpiklik deyib təhqir etdilər. Hamımız bura pul qazanmaq üçün gəlmişik. Maaşımız 674 manat idi, heç bir əsas gətirilmədən əvvəlcə 629, daha sonra isə 560 manata endirdilər. İndi biz bilmək istəyirik ki, bu fəhlələrin stabil maaşı nə qədərdir. Dörd-beş aydır heç bir qurumdan bizə cavab verən yoxdur. İdarənin rəhbərliyinə də müraciət etdik, məhəl qoymadılar”, - deyə şikayətçi bildirib. Toyuqlu pizza

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!