Naxçıvanda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb

Rəsmi

01 Mart 2023 01:28 1004


“Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun yeni rəhbərliyi ilə birgə vətəndaşlardan daxil olan ərizə və şikayətləri diqqətlə araşdırır. Hal-hazırda həmin ərizə və şikayətlər əsasında bir neçə cinayət işi başlanılıb. Gələcəkdə istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.

Yenisabah.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Prokurorluq orqanlarında saflaşdırma işləri davam etdiriləcək: Pepperoni pizza

“Həm Baş Prokurorluğun, həm də Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun əməkdaşlarından ibarət birgə istintaq qrupları yaradılıb. Hesab edirəm ki, bu işlərin də kifayət qədər səmərəsi olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!