Naxçıvanda yanğın: 3 polis tüstüdən zəhərləndi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yanğın: 3 polis tüstüdən zəhərləndi - Foto

Hadisə

15 Mart 2023 00:47 981


Naxçıvan şəhərində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, yanğın şəhərin Nəcməddin Naxçıvani küçəsində olub.

Hadisə yerinə Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib. pizza mizza

Yanğın zamanı 3 polis əməkdaşı zəhərlənib, vəziyyətləri sabitdir.

Hadisənin qarşısını almaq üçün 5 yanğınsöndürən maşın cəlb edilib. Yanğın yaxınlıqdakı evlərə də keçib.

Artıq yanğın tam olaraq söndürülüb, soyutma işləri aparılır.

İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!