Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi - Fotolar

Siyasət

01 Dekabr 2025 21:40 812


Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmiş, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, Naxçıvan MR baş nazirinin birinci müavini Elşad Əliyev Naxçıvan MR səhiyyə nazirinin vəzifəsindən azad edilməsi və Rəşadət Nabatovun səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında Ali Məclis sədrinin sərəncamını kollektivin diqqətinə çatdırıb. O əlavə edib ki, səhiyyə naziri vəzifələrinin müvəqqəti icrası Rəşadət Nabatova həvalə edilib.

Elşad Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Vurğulayıb ki, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də, səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub. pizza mizza

Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!