Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət aldı

Hadisə

05 May 2025 20:38 384


Babək rayonunda baş verən qəzada ana və oğlu xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində baş verib.

"Renault" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Babək rayonu Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və onun oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar. Sezar pizza

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!