Naxçıvandakı aksiya: “Dünənə kimi səsimizi çıxara bilmirdik”

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvandakı aksiya: “Dünənə kimi səsimizi çıxara bilmirdik”

Siyasət

29 Dekabr 2022 07:43 2101


Dünən Naxçıvanda bəzi taksi sürücüləri etiraz aksiyası keçirib.

BBC News Azərbaycancaya danışan sürücülər deyiblər ki, bu ilin martında istifadə etdikləri şəxsi maşınlarını Naxçıvanda yığılan Naz-Lifan markalı taksilərlə əvəz etməyə məcbur olublar.

Sürücülər iddia edirlər ki, "yeni" adı ilə onlara satılmış maşınlar 2017-ci ilin modelidir və "dəyərindən baha qiymətə" satılıb. pizza sifarişi

Naxçıvan Avtomobil Zavodunun əməkdaşı Elvin Əhmədli BBC-yə açıqlamasında maşınların köhnə olması və baha qiymətə satılması ilə bağlı iddiaları təkzib edib.

Taksi sürücülərinin bir şikayəti də Naxçıvan Muxtar Respublikasının (MR) yol polisi rəhbərliyindəndir. Onlar iddia edirlər ki, taksiləri qeydiyyata saldırarkən sənədləşmə işlərinə əlavə ödəniş etməli olublar.

Bu iddialara Naxçıvan Yol Polisindən cavab almaq mümkün olmayıb.

Qurumdan BBC-yə yalnız onu deyiblər ki, taksi sürücüləri ilə görüş olub, amma görüşün detalları barədə məlumatsızdırlar.

BBC Naxçıvan MR-ın Bakıdakı nümayəndəliyi ilə əlaqə saxlaya bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!