Naxçıvandakı bölmələr həyəcan siqnalı ilə ayağa qaldırıldı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvandakı bölmələr həyəcan siqnalı ilə ayağa qaldırıldı - VİDEO

Siyasət

02 Dekabr 2025 14:40 407


2025-ci ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ilin yekunlarına dair keçirilən yoxlamalar zamanı hərbi hissə və bölmələrin uğurlu fəaliyyəti yüksək qiymətləndirilib. 

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib. 

Yoxlamalar çərçivəsində bölmələrin həyəcan siqnalı ilə qaldırılması zamanı fəaliyyəti, qərargah fəaliyyəti, döyüş hazırlığı, komandir hazırlığı, ümumqoşun hazırlığı və maddi-texniki təminat vəziyyəti yoxlanılıb, şəxsi heyətdən müxtəlif hazırlıqlar üzrə məqbullar qəbul edilib, atıcı silahlardan və artilleriya vasitələrindən praktiki atışlar yerinə yetirilib, maddi tədris bazasının yoxlanılması məqsədilə sıra baxışları keçirilib. Dördpendirli pizza

Hərbi qulluqçuların taktiki-xüsusi hazırlıq üzrə məşğələləri, eləcə də komando bölmələrinin dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib. 

Hərbi qulluqçular müasir texniki vasitələrdən istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Azərbaycan Ordusunda inspeksiya yoxlamalarının nəticələri və hərbi qulluqçuların peşəkarlığı müsbət qiymətləndirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!