Naxçıvanın yeni hakimi kimdir? - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın yeni hakimi kimdir? - DOSYE

Sosial

09 Dekabr 2025 16:25 2289


Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakimi təyin edilib.

Parlamentin sədri Sahibə Qafarova bu vəzifəyə Aida Əli qızı Hüseynin təyin olunmasına dair qərarı imzalayıb.

“Yeni Sabah” Naxçıvan MR Ali Məhkəməsinin yeni hakiminə dair maraqlı faktları təqdim edir: Sezar pizza

Aida Əli qızı Hüseyn 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Universitetinin Beynəlxalq hüquq bölməsindən, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq bölməsindən məzun olub.

1998-2002-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında laborant olub.

2002-2005-ci illərdə Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Məhkəmə Xəttşünaslıq Ekspertizası Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi olub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!