Nazilə Səfərli: Nəvəm məni tanımır

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərli: Nəvəm məni tanımır

Şou

03 Sentyabr 2025 14:24 711


Şairə Nazilə Səfərli oğlu və gəlini haqqında danışıb.

Yenisabah.az xəbər verir ki, o, oğlunun artıq ailə üzvü saymadığını bildirib:

"Gəlinimi 3-4 aydan bir görürəm. Nəvəm məni tanımır, çünki onu tez-tez görə bilmirəm. Vaxtım olmur ki, gedib yanlarında saatlarla oturum. İşlərinə də qarışmıram, çünki o, ailəm deyil. Başqasının ailəsinə qarışmaq isə tərbiyəsizlikdir. Oğlum artıq mənim ailəm sayılmır. Evlənib, öz evi də ayrıdır".  Marqarita pizza

Nazilə Səfərli bildirib ki, uşağı dünyaya gətirmişəm deyə həyatını zəhər edə bilmərəm:

"Mən orada yalnız qonaq ola bilərəm. Uşağı dünyaya gətirmişəm deyə onun həyatını zəhər etməyə haqqım yoxdur. Gəlinimə də, oğluma da eyni münasibət göstərirəm. Gəlin hər şeyi bilir, bilməsə soruşar. Soruşmursa, deməli, məsləhət verməyimə də ehtiyac yoxdur. Çünki götürməyəcək".

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!