Nazilə Səfərlidən nöqtə atışı: “ Kişi olduğuna görə deyirəm, evdə qadın...” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərlidən nöqtə atışı: “ Kişi olduğuna görə deyirəm, evdə qadın...” - VİDEO

Şou

08 Sentyabr 2025 15:31 2555


Xəbər verdiyimiz kimi Xalq artisti Alim Qasımov villasını satışa çıxarıb. Tanınmış aparıcı, Nazilə Səfərli isə bu haqda sosial şəbəkələrdə yazılan iradlara səssiz qala bilməyib.

Yenisabah.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında bu haqda mənfi rəy bildirənlərin cavabını sərt şəkildə verib:

“Alim Qasımovun villası 5 milyona satışa çıxıb — bazar olsun. Şərhlərdə biri yazıb: “Bu boyda villa, bunda haradandır?” Alim Qasımovun Azərbaycanı dünyada necə təmsil etdiyini hamımız görmüşük. Onun zəhməti əvəzsizdir. Alim Qasımov ölkənin ən nüfuzlu tədbirlərində, dövlət proqramlarında həmişə ön sıralarda gedən sənətkar, Xalq artistidir. O, sənətində innovasiyalar gətirən bir şəxsdir. Yazan adam da kişi olduğuna görə deyirəm: evdə qadın sözünə baxmayanda, bir dəfə “ay qız” deyəndə beş gün boğazından səs çıxmır, səsi batır. Adam dünyada o boyda oyun çıxardıb. Utanmırsan? Ona irad bildirirsən? O boyda əməyin qabağında o nə villadır ki? Dünən, srağagün oxuyanların villaların görmüsünüz? 6-7 xadimə yığışdırıb-qurtarmaq bilmir. O nədir camaata gic-gic irad bildirirsiniz? Xeyirli olsun deyərlər. Heç kəs keyfindən ev satmır. Ehtiyacı var”. Sezar pizza

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tamerlan
    Sağliqinda qiymət verin . Alim Qasımov bizim fəxrimizdi. ALLAH ömrünü uzun etsin.
    8 months ago