Nazir generalın yerinə onu təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir generalın yerinə onu təyin etdi

Sosial

19 Yanvar 2026 10:53 1220


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib. 

“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət mayoru Yaqub Daşdəmirli gətirilib.

O, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidməti Dəstəsinin rəisi vəzifəsində çalışıb.  pizza

Qeyd edək ki, Yaqub Daşdəmirli bir neçə gün əvvəl təqaüdə göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımovun yerinə gətirilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!