Nazir internat tipli gimnaziyada olub

saytların hazırlanması

Evə çatdırılma

Nazir internat tipli gimnaziyada olub

Sosial

27 May 2019 15:19 1019


Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonundakı Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada olub.

Təhsil Nazirliyindən “Yeni Sabah”a bildiriblər ki, gimnaziyada şagirdlərin tədris və yaşayış şəraiti ilə tanış olan nazir sinif otaqlarını gəzib, uşaqlarla söhbət edib və onların təhsili ilə maraqlanıb.

Məlumat verilib ki, gimnaziya aztəminatlı, çətin həyat şəraitində olan və zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqlarının təlim-tərbiyəsinin təşkili üzrə yaradılmış təhsil müəssisəsidir. Təhsil müəssisəsi 1961-ci ildən fəaliyyət göstərir. pizza hut

Hazırda gimnaziyada 779 şagird təlim-tərbiyə alır və onlardan 102 nəfəri müəssisədə gecələyir. Təhsil müəssisəsində uşaqların təlim-tərbiyəsi ilə 148 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Qeyd edilib ki, təhsil müəssisəsi 2016-2018-ci illərdə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Son beş il ərzində gimnaziyanın məzunlarından 53 nəfər ali, 15 nəfər isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!