Nazir prorektorları işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Nazir prorektorları işdən çıxardı

Sosial

16 May 2019 11:00 1424


Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib.

Bu barədə Təhsil Nazirliyi müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Vüqar Mehrabov işdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub.

Bundan başqa, Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov da tutduğu vəzifədən azad edilib. Ona BDU-nun ümumi işlər üzrə prorektoru vəzifəsi həvalə olunub. Marqarita pizza

BSU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Əbdül Xaliqov gətirilib. Ə.Xaliqov bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə isə Tural Cəlilov təyin edilib. O, bu təyinata qədər ADU-da işləyib.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!