Nazir vətəndaşları niyə qəbul etməyib?

Nazir vətəndaşları niyə qəbul etməyib?

Sosial

01 Mart 2019 18:39 588


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fevralın 27-də Sabirabad rayonunda bir neçə vətəndaşın nazir Sahil Babayevin qəbuluna buraxılmadığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, nazirliyin mətbuat katibi Fazil Talıbov bununla bağlı açıqlama verib. O bildirilib ki, fevralın 18-də nazirin vətəndaş qəbulu ilə bağlı yayılmış elanda da qeyd edildiyi kimi, qəbula yazılmaq üçün fevralın 25-dək vaxt müəyyən edilib.

Qeyd olunub ki, bu müddət ərzində qəbula yazılan 41 nəfərin hər biri nazir tərəfindən qəbul edilib və müraciətləri dinlənilib. Bununla yanaşı, qəbula yazılmayan 115 nəfərin ərizəsi qeydiyyata alınıb: 

“Prosedura uyğun olaraq öncədən qəbula yazılmayan bir neçə nəfərin mediada haqsız çıxışını süni narazılıq yaratmaq kimi qiymətləndiririk.

Ümumilikdə, təkcə nazir tərəfindən 2018-ci ildə 1200-dək vətəndaş (həm Bakı, həm də bölgələrdə), bu ilin iki ayı ərzində isə 150-dək vətəndaş qəbul edilərək dinlənilib, müraciətləri nəzərə alınıb”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!