Nazir vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Nazir vətəndaşları qəbul edəcək

Sosial

06 May 2019 14:07 983


Mayın 16-da ədliyyə naziri Fikrət Məmmədov Lənkəranda, nazir müavinləri Toğrul Musayev Lerikdə, Vilayət Zahirov Astarada vətəndaşları qəbul edəcəklər.

“Yeni Sabah” xəbər verir ki, qəbulda həmin rayonlarda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər. Sezar pizza

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!