Muxtar Babayev vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Muxtar Babayev vətəndaşları qəbul edəcək

Sosial

16 May 2019 11:11 971


Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev mayın 31-də saat 09:00-da İsmayıllı şəhərində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Yeni Sabah” xəbər verir ki, 31 may 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Oğuz şəhərində, nazir müavini Rauf Hacıyev isə Şəki şəhərində yerli sakinlərlə görüşəcək.

Vətəndaşların qəbulu Oğuz meşəbəyliyinin (Oğuz şəhəri,  Heydər Əliyev prospekti 9) və Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binalarında (Şəki şəhəri, Salman Mümtaz 23) saat 09:00-da keçiriləcək. Sezar pizza

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: İsmayıllı şəhəri, Həsən bəy Zərdabi 3) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 020-28-5-33-57, 055-279-70-00, 055-859-80-90) xahiş olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!