Nazir vətəndaşlarla görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Nazir vətəndaşlarla görüşüb

Sosial

25 May 2019 10:29 784


Mayın 24-də Təhsil naziri Ceyhun Bayramov Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinlərini qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması və digər bu kimi məsələlərlə bağlı olub. pizza

Təhsil naziri Ceyhun Bayramov həmçinin Tovuz rayonunda yerləşən Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli  Gimnaziyada olub. Təhsil naziri təhsil müəssisəsinin tədris və şagirdlərin yaşayış şəraiti ilə tanış olub, sinif otaqlarını gəzib, şagird və müəllimlərlə söhbət edib.

Həmin gün Təhsil nazirinin müavini Firudin Qurbanov da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlərlə bağlı konkret tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!